Rostropoviçlərin ev muzeyində “Dahilərin dostluğu” adlı tədbir keçirilib

Rostropoviçlərin ev muzeyində “Dahilərin dostluğu” adlı tədbir keçirilib
# 29 mart 2016 15:07 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Leopold və Mstislav Rostropoviçlərin ev muzeyində “Dahilərin dostluğu” adlı tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə musiqişünaslar, mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Muzeyin direktoru Şeyda Heydərova bildirib ki, tədbir S.Prokofyevin 125, D.Şostakoviçin 110 illiyinə və M.Rostropoviçin anadan olmasının 89-cu ildönümünə həsr edilib. Muzey rəhbəri Mstislav Rostropoviçin həyat və yaradıcılığı haqqında məlumat verib, musiqi xadiminin dostluq etdiyi şəxsiyyətlər haqqında danışıb.

Tədbirdə beynəlxalq və respublika müsabiqələr laureatları, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri, Bülbül adına Orta İxtisas Məktəbinin şagirdləri konsert proqramı ilə çıxış ediblər.

Musiqiçilərin həyat və yaradıcılığını əks etdirən slayd-şounun nümayiş olunduğu tədbirdə muzeyin fondundan çıxarılmış nadir eksponatlardan ibarət sərgi və sənədli film təqdim də olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR