Sutka ərzində Avstriyaya 13 minədək qaçqın keçib

Sutka ərzində Avstriyaya 13 minədək qaçqın keçib
# 20 sentyabr 2015 04:58 (UTC +04:00)

Bakı-APA. Şənbə günü, sentyabrın 19-u ərzində Macarıstan ərazisindən Avstriyaya 13 min qaçqın keçib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Die Welt” nəşri yazır.

Məlumata görə, qeyd olunan rəqəmlər Beynəlxalq Qırmızı Xaç Komitəsinin Avstriya üzrə bölməsinin rəhbəri Cerri Foytik tərəfindən elan edilib.

Polis bundan əvvəl sutka ərzində ölkə ərazisinə 10 minədək qaçqının keçəcəyini proqnozlaşdırmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR