AŞPA-nın Monitorinq Komitəsi həmməruzəçisinin Azərbaycana səfər proqramı açıqlanıb

AŞPA-nın Monitorinq Komitəsi həmməruzəçisinin Azərbaycana səfər proqramı açıqlanıb
# 04 aprel 2016 15:00 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennakın Azərbaycana səfər proqramı açıqlanıb.

APA-nın AŞPA-ya istinadən verdiyi məlumata görə, 6-8 aprel tarixlərini əhatə edəcək faktaraşdırıcı səfər zamanı onun Azərbaycan prezidenti İlham Əliyevlə görüşü gözlənilir. O, parlamentin spikeri Oqtay Əsədov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ədliyyə naziri Fikrət Məmmədov, ombudsman Elmira Süleymanova, baş prokuror Zakir Qaralov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, parlament üzvlər, o cümlədən parlamentdən kənar müxalif partiya üzvləri ilə də görüşəcək.

Həmçinin onun vətəndaş cəmiyyəti üzvləri, hüquq müdafiəçiləri və media nümayəndələri ilə görüşü nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR