Novruz Məmmədov: “Avropa məsuliyyətdən yayınmamalıdır”

Novruz Məmmədov: “Avropa məsuliyyətdən yayınmamalıdır”
# 11 mart 2016 15:18 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Azərbaycanın 1991-1992-ci ildə 7-8 milyon əhalisi var idi, 1 milyon qaçqının problemlərini həll etdi. Avropanın bu gün 500 milyon əhalisi var, 1 milyon miqrantın problemlərinin həllindən yayınır”.

APA-nın məlumatına görə, bunu IV Qlobal Bakı Forumu çərçivəsində təşkil olunan “Miqrasiya, multikulturalizm və inteqrasiya” mövzusunda paneldə Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

N. Məmmədov bildirib ki, Avropa məsuliyyətdən yayınmamalıdır: “Dövlətlərə müdaxilə edəndən sonra həmin dövlətlərin hansında yaxşı vəziyyət yaradılmasına nail olunub? Ədalətli yanaşma olarsa, Avropa İttifaqı, ABŞ və digər böyük güclərin maraqları daha yaxşı təmin olunar. Bəzi dövlətlər məsuliyyəti üzərinə götürmək istəmir. Avropa ölkələri məsuliyyətlərini dərk edib, problemin mahiyyətini bilib, sonra mövqe ortaya qoymalıdır. Beynəlxalq hüquqda ədalətli yanaşma olmayanda, insan hüquqları və digər sahələrdən danışmağın əhəmiyyəti yoxdur. Danışmaq, nələrisə təbliğ etmək olar, lakin əhəmiyyəti olmayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR