ABŞ-da restoranda 4 nəfəri girov götürən şəxs həbs edilib - YENİLƏNİB

ABŞ-da restoranda 4 nəfəri girov götürən şəxs həbs edilib - <span style="color: red;">YENİLƏNİB
# 17 iyul 2016 23:50 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Baltimor şəhərində (Merilend ştatı) restoranda 4 nəfəri girov götürən şəxs həbs edilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bütün girovlar azad edilib, onların həyatlarına təhlükə yoxdur.

Qeyd olunur ki, 7 yaşlı qız daxil olmaqla dörd nəfəri girov götürən naməlum silahlı sonradan girovların ikisini sərbəst buraxıb.

***

22:43

Bakı-APA. ABŞ-da naməlum silahlı restoranda 4 nəfəri girov götürüb.


APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, insident Baltimor şəhərində baş verib.


Girovların arasında bir uşağın olduğu bildirilir. Hadisə yerinə xüsusi təyinatlılar cəlb olunub.


Hazırda cinayətkarla danışıqlar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR