Lənkəranda 26 gün əvvəl itkin düşmüş gəncin meyiti tapılıb

Lənkəranda 26 gün əvvəl itkin düşmüş gəncin meyiti  tapılıb
# 19 may 2016 19:09 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda 26 gün əvvəl itkin düşmüş gəncin meyiti tapılıb. APA-nın cənub bürosunun məlumatına görə, rayonun Viravul kənd sakini, 1985-ci il təvəllüdlü Ruslan Loğman oğlu Mirzəyev 26 gün öncə evdən çıxıb və bir daha geri qayıtmayıb.

Yaxınları bu barədə müvafiq qurumlara məlumat veriblər, R. Mirzəyevin axtarışlarına başlanılıb.

Lakin həyata keçirilən axtarış tədbirləri yalnız bu gün nəticəsini verib. Belə ki, Ruslan Mirzəyevin meyiti onların ailəsinə məxsus pay torpağın ərazisindəki söyüd ağacından asılmış vəziyyətdə tapılıb. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinin həkim-ekspertləri tərəfindən meyitin daxili və xarici müayinəsi keçirilib, lakin onun üzərində hər hansı zorakılıq əlamətləri aşkarlanmayıb.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR