Nazir müavini: “Yeni dövlət proqramında “Gənclər evi”nin tikintisi nəzərdə tutulmayıb”

Nazir müavini: “Yeni dövlət proqramında “Gənclər evi”nin tikintisi nəzərdə tutulmayıb”
# 24 may 2016 15:35 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Hazırda Azərbaycanın 38 rayon və şəhərlərində “Gənclər evi” mövcuddur”.

Bunu APA-ya açıqlamasında gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

O bildirib ki, hazırda bəzi yerlərdə olan “Gənclər evi”nin tikintisi “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində davam etməkdədir: “Amma yeni dövlət proqram layihəsində “Gənclər evi”nin tikintisi nəzərdə tutulmayıb. Burada məqsəd hazırda fəaliyyətdə olan “Gənclər evi” nin fəaliyyətini daha da gücləndirməkdən ibarətdir. Hər yerdə “Gəclər evi”nin tikintisi başa çatdıqdan sonra müvafiq əsasnamə hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunacaq ki, bütün mərkəzləri tənzimləyən vahid normativ sənəd olsun”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR