ARDNF yeni investisiya təkliflərini dəyərləndirir

ARDNF yeni investisiya təkliflərini dəyərləndirir
# 20 iyun 2016 07:54 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Hal-hazırda əsas məqsəd Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin hazırkı maliyyə bölgüsü çərçivəsində yeni investisiya təkliflərinin dəyərləndirilməsi və potensial investisiya istiqamətlərinin müəyyən edilməsidir.


Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq fonddan bildirilib.


"Məlum olduğu kimi, ARDNF-in investisiya siyasətinin əsas məqsədi risklərin minimum yol verilə bilinən həddində gəlirliliyin artırılmasına yönəlmiş investisiya portfelinin qurulmasıdır. Bildiyiniz kimi, bu istiqamətdə, 2012-ci ildən etibarən investisiya portfelinə səhmlər (özəl səhmlər daxil olmaqla), daşınmaz əmlak, qızıl kimi maliyyə alətləri əlavə edilmiş və hazırkı investisiya siyasətinə əsasən onların çəkisi ümumilikdə portfelin 30%-ə qədərini təşkil edə bilər", - deyə məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR