Bakı Fond Birjasının dövriyyəsi 2,5 dəfədən çox azalıb

Bakı Fond Birjasının dövriyyəsi 2,5 dəfədən çox azalıb
# 06 sentyabr 2016 15:42 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2016-cı ilin yanvar-avqust ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 2,5 dəfə azalaraq 2 mlrd. 942 mln. 895 min 811,59 manat təşkil edib.

Bütün alətlər üzrə BFB-da keçirilmiş hərracların müqayisəli cədvəlinə nəzər salanda məlum olur ki, son 1 ildə dövlət qiymətli kağızlar bazarında ciddi artım olub. Belə ki, 2015-ci ilin yanvar-avqust ayları ilə müqayisədə bu ilin eyni dövründə qiymətli kağızlar bazarı 18,3 dəfə artaraq 350 mln. 597 min 317,53 manat təşkil edib.

Bundan fərqli olaraq, pay və borc alətləri bazarında ciddi azalma qeydə alınıb. Başqa sözlə, son 1 ildə pay bazarı 5,57 dəfə azalaraq 26,581 mln. manata, borc alətləri bazarı 31,26 dəfə azalaraq 48 mln. 632 min 634,68 manata düşüb.

Törəmə Maliyyə Alətləri Bazarında (Forex) da vəziyyət ürəkaçan olmayıb. Ötən ilin 8 ayı ilə müqayisədə bu ilin eyni dövründə Törəmə Maliyyə Alətləri Bazarı 3 mlrd. 23 mln. 221 min 889 manat və ya 2,2 dəfə azalaraq 2 mlrd. 517 mln. 085 min 113 manata enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR