Bakıda avtomobildən 9 min dollar oğurlanıb

Bakıda avtomobildən 9 min dollar oğurlanıb
# 15 sentyabr 2016 09:49 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakı şəhərində avtomobildən 9 min dollar pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 12-də Bakı şəhər sakini Rəfail Tağıyevə məxsus “Toyota” markalı avtomobildən 9000 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini Novruz Mirzəyev tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR