Milli Məclisin deputatları AŞPA-nın komitə iclaslarına qatılacaqlar

Milli Məclisin deputatları AŞPA-nın komitə iclaslarına qatılacaqlar
# 19 sentyabr 2016 15:07 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisinin deputatları Sevinc Fətəliyeva və Qənirə Paşayeva Avropa Şurası Parlament Assambleyasının Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclasında iştirak etmək üçün sentyabrın 20-də Fransanın paytaxtı Parisə səfər edəcəklər.

Parlamentdən APA-ya verilən məlumata görə, tədbirdə insan hüquqları və etik qaydalar; demokratik sistemdə sosial ədalət çatışmazlığı və iqtisadi sistemə inam; tətil və iş hüququ: işçilərin sosial fəaliyyətinin inkişafı; Avropada uşaqların sağlamlığının və onlara qayğının təmin olması və bir sıra digər mövzularda müzakirələr keçiriləcək.

Milli Məclisin deputatı, AŞPA Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova da rəhbərlik etdiyi komitənin iclasında iştirak etmək üçün sentyabrın 21-də Parisə yola düşəcək. Toplantında miqrasiya siyasəti üzrə Avropada demoqrafik dinamikada nöqsan; miqrasiya: Avropanın inkişafı üçün bir şans; Ukrayna böhranının humanitar nəticələri; Fələstinin Qəzza bölgəsində humanitar vəziyyət və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR