Daşkəsəndə qasırğa ciddi fəsadlar törədib

Daşkəsəndə qasırğa ciddi fəsadlar törədib
# 14 noyabr 2015 16:16 (UTC +04:00)

Daşkəsən. Azər Məmmədli – APA. Ötən gecə Daşkəsən rayonunda güclü qasırğa olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, qasırğa nəticəsində Daşkəsən şəhərinin 10-dan artıq çoxmərtəbəli yaşayış və inzibati binalarının dam örtüklərinə, rayonun rabitə təsərrüfatına ziyan dəyib.

Təbii fəlakət nəticəsində şəhər İncəsənət məktəbinin inzibati binası, habelə iki yaşayış binasının dam örtükləri dağılıb.

Külək nəticəsində Daşkəsən şəhərinin elektrik xətlərinə də ziyan dəyib. Hazırda onların bərpası üçün işlər aparılır. Rayonun müxtəlif qurumları təbii fəlakətin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görür. Hazırda dəymiş ziyanın miqdarı hesablanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR