Qubada avtomobil, Bakıda isə 3 otaqlı ev yanıb

Qubada avtomobil,  Bakıda isə 3 otaqlı ev yanıb
# 03 aprel 2016 02:46 (UTC +04:00)

Bakı-APA. Quba rayonu, Birinci Nügədi kəndində vətəndaşa məxsus “Vaz” markalı minik avtomobilinin salonu yanıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bundan başqa, Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR