Abşeronda şirkətdən oğurluq edilib

Abşeronda şirkətdən oğurluq edilib
# 23 fevral 2016 10:15 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Abşeron rayonunda şirkətdən oğurluq edən saxlanılıb. APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 18-dən 28-dək olan müddətdə Xırdalan şəhərində “Xırdalan Süd” ASC-yə məxsus anbardan 55000 manat dəyərində inşaat materialları oğurlanıb.Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş oranın mühafizəçiləri - Lerik rayon sakini Röyal Ağayev saxlanılıb, daha 1 nəfər isə müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR