Xocalı soyqırımında əsir düşmüş qızın xatirələri İstanbulda çap edilib

Xocalı soyqırımında əsir düşmüş qızın xatirələri İstanbulda çap edilib
# 24 fevral 2016 07:18 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə-APA. Xocalı soyqırımının yaşandığı gecə erməni terrorçularına əsir düşərək 8 gün əsarətdə qalmış Dürdanə Ağayevanın xatirələri İstanbulda çap edilib.

APA-nın Türkiyə bürosunun məlumatına görə, Beynəlxalq Humanitar Yardım Təşkilatı İHH tərəfindən çap edilmiş “Ermeni zindanında sekiz gün” adlı 256 səhifəlik kitabın son bölümündə Xocalı soyqırımın əks etdirən fotolar öz əksini tapıb. “İHH-nın elm, təhsil və nəşriyyat məsələləri üzrə koordinatoru Əhməd Emin Dağ APA-ya açıqlamasında bu kitabın tarix üçün önəmli mənbə olacağını bildirib: “Dünya tarixində dövlətlər arasındakı münasibətlərdən danışarkən tarixi hadisələrə çox istinad edilir. Biz Qarabağ məsələsinin oradakı insanların yaşadıqları faciələr üzərindən dünyaya izah edilməsinin vacib olduğunu düşünürük. Xocalı qətliamının sağ qalan zərərçəkənlərindən Dürdanə xanımın xatirələrini çap etməklə, onun əzab-əziyyətlərini işıqlandırmaqla bundan sonra yazılacaq tarix kitabları üçün önəmli dəlillər verdiyimizə inanırıq. Türkiyə ictimaiyyətinin o faciəni öyrənməsi və o bölgəni yazan tarixçilər üçün önəmli bir sənəd olması baxımından “Ermeni zindanındakı sekiz gün” kitabını vaxtında çap etdiyimizi düşünürəm. Daha əvvəl Xocalıya dair iki beynəlxalq simpozium keçirmişik, Xocalı ilə bağlı məlumatları iki kitab halında çap etmişik. Bundan sonra da Qarabağ məsələsiylə bağlı çalışmalarımızı davam etdirəcəyik”.

Kitabı türkcə çapa filologiya elmləri namizədi Mayis Əlizadə hazırlayıb. Nəşriyyatdan verilən məlumata görə, kitaba jurnalist-yazar Aqil Ələsgər ön söz yazıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR