Polisi öldürən şəxs 17 il azadlıqdan məhrum edilib

Polisi öldürən şəxs 17 il azadlıqdan məhrum edilib
# 16 avqust 2016 14:51 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən İsgəndər Bəbirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən İ. Bəbirov 17 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, məlum qətl hadisəsi ötən ilin noyabrın 21-də Xəzər rayonunun Şüvəlan qəsəbəsində qeydə alınıb. Lerik rayon sakini İsgəndər Bəbirov qısqanclıq zəminində ov tüfəngindən atəş açaraq Bakı şəhər sakinləri Malik Muradovu öldürüb, Nicat Şəmiyevə isə bıçaqla ayaq nahiyəsindən xəsarət yetirib.

Xəzər rayon 1-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Bəbirov tutulub. Hadisə yerindən ov tüfəngi götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci ( qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

Qətlə yetirilən M. Muradovun Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşı olduğu açıqlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR