Treyderlər manatın ucuzlaşmasının səbəblərini açıqlayıb

Treyderlər manatın ucuzlaşmasının səbəblərini açıqlayıb
# 28 iyul 2016 14:21 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. İyulun 25-dən 27-dək inkişaf etməkdə olan ölkələrin valyutaları müxtəlif istiqamətlərdə dəyişib. Ümumilikdə, buna Federal Ehtiyatlar Sisteminin (FED) iclasından gözləntilər səbəb olub.

"APA-Economics" xəbər verir ki, "Alpari" şirkətinin analitikləri bu cür qənaətə gəlib.

Analitiklər bildirir ki, qeyd edilən dövr ərzində Türkiyə lirəsi dollara nisbətən 0,73%, Çin yuanı 0,24%, Ukrayna qrivnası isə 0,12% möhkəmlənib. Həmin müddət ərzində ABŞ-ın milli valyutasına nisbətən Rusiya rublu 1,3%, Azərbaycan manatı isə 1,06% zəifləyib. Dollara qarşı ən çox ucuzlaşan Qazaxıstan təngəsi olub - 2,89%.

Analitiklər bildirir ki, manatın ucuzlaşmasının əsas səbəbi yenə neftin qiymətinin aşağı olmasıdır. Bununla yanaşı, Dağlıq Qarabağda vəziyyətin qeyri-stabil olması valyuta treyderlərinin narahatlığına səbəb olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR