Sumqayıtda binaların dam örtüklərinin dəyişdirilməsinə və yolların təmirinə 5 milyon manat ayrılıb

Sumqayıtda binaların dam örtüklərinin dəyişdirilməsinə və yolların təmirinə 5 milyon manat ayrılıb
# 27 sentyabr 2016 16:10 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və şəhər avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, bu məqsədlə Sumqayıt Şəhər İcra Hakimiyyətinə Prezidentin ehtiyat fondundan 5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR