Sarkisyan: "Kompromislərə hazırıq" - YENİLƏNİB

Sarkisyan: "Kompromislərə hazırıq" - <span style="color: red;">YENİLƏNİB
# 04 aprel 2016 14:28 (UTC +04:00)

Bakı – APA. Ermənistan prezidenti bu gün ATƏT ölkələrinin səfirləri ilə görüş keçirib.

APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, S. Sarkisyan bildirib ki, Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların güclənməsi genişmiqyaslı müharibəyə səbəb ola bilər: “Bu, təkcə Cənubi Qafqaza yox, Avropa regionunda sabitlik və təhlükəsizlik məsələlərinə də təsir edəcək”.

S. Sarkisyan Türkiyəni Azərbaycana dəstək verməkdə ittiham edib. O, İrəvanın məntiqli kompromislərə hazır olduğunu vurğulayıb. Eyni zamanda, əlavə edib ki, hərbi əməliyyatlar genişlənərsə, Ermənistan Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıya bilər.

*** *** ***

Saat 15.29

Bakı - APA. "Ermənistan Qarabağ münaqişəsinin həllində kompromislərə hazırdır".

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Ermənistan prezidenti Serj Sarkisyan çıxış edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR