Azərbaycanda son 5 ildə 52 uşaq övladlığa verilib

Azərbaycanda son 5 ildə 52 uşaq övladlığa verilib
# 15 aprel 2016 14:54 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Hazırda Azərbaycanın dövlət uşaq müəssisələrində təlim-tərbiyə və təhsil alan uşaqların sayı 10105 nəfərdir.

APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin de-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin Uşaqların müdafiəsi, alternativ qayğı və monitorinq şöbəsinin müdiri Cəmilə Tağıyeva bildirib ki, uşaqlar əsasən, 5-17 yaş arasındadır. Onun sözlərinə görə, həmin uşaqlardan 33-ü tamamilə valideyn himayəsindən məhrumdur. Hazırda 33 nəfərin övladlığa verilməsi nəzərdə tutulan uşaqlar olduğunu deyən şöbə müdiri qeyd edib ki, həmin uşaqların 17-si sağlamdır və onların yaşı 10-dan yuxarıdır: “16-nın isə sağlamlıq imkanı məhduddur. Lakin Azərbaycanda vətəndaşlar sağlam və əsasən 3-6 yaş arası uşaqları himayəyə götürmək istəyirlər. Ümumilikdə 2010-15-ci illərdə 52 uşaq övladlığa verilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR