BMT: “2050-ci ildə dünyada miqrantların sayı 320 milyonu ötəcək”

BMT: “2050-ci ildə dünyada miqrantların sayı 320 milyonu ötəcək”
# 10 may 2016 01:39 (UTC +04:00)

Bakı-APA. Hazırkı artım tempi dəyişməz qalsa, XXI-ci əsrdə dünyada miqrantların sayı 320 milyonu ötəcək.


APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə BMT baş katibi Pan Qi Munun miqrasiya məsələlərinə həsr olunacaq beynəlxalq forum üçün hazırladığı məruzədə deyilir.


Məruzədə qeyd olunur ki, 2015-ci ildə dünyada qaçqın və məcburi köçkünlərin sayı 244 milyona çatıb. Bu, 2000-ci ilin göstəricilərindən 71 milyon və yaxud 41% çoxdur. “Proqnozlara əsasən, dünya əhalisinin sayı artmaqda davam edəcək və 2050-ci ildə 9,7 milyarda çatacaq. Miqrantların sayı isə dünyada 321 milyona yaxınlaşacaq”, sənəddə vurğulanıb. Miqrantların sayının artmasına səbəb kimi hərbi münaqişələr, yoxsulluq, iqlim dəyişikliyi, təbii fəlakətlər, ətraf mühitin pozulması və s. göstərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR