ABB şirkəti BANM-də Təlim Mərkəzi yaradır

ABB şirkəti BANM-də Təlim Mərkəzi yaradır
# 05 iyul 2016 09:28 (UTC +04:00)

Bakı-APA. ABB şirkətinin Azərbaycan üzrə direktoru Rüstəm Qasımov Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovla görüşüb.

BANM ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib ki, Elmar Qasımov ABB şirkətinin nümayəndəsinə BANM-in yeni kampusunda aparılan tamamlama işləri haqqında məlumat verib. Rektor qarşı tərəflə kampusda yaradılan və ABB şirkətinin avadanlıqları və simulyasiya vasitələri ilə tam təchiz olunan Təlim Mərkəzində aparılan tamamlama işlərinin gedişatını müzakirə edib. O, kampusun açılışına qədər Təlim Mərkəzin istifadəyə veriləcəyini də qeyd edib.

Rüstəm Qasımov gələcəkdə BANM-in kampusunda yaradılan Təlim Mərkəzində tələbələr və müəllimlər üçün ABB şirkətinin texnologiyalarının tətbiqi əsasında təlimlərin keçirilməsi və tədqiqatların aparılması imkanının olacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR