Şirvan şəhəri və Hacıqabul rayonunda təbii qazın verilişində məhdudiyyətlər yaranıb

Şirvan şəhəri və Hacıqabul rayonunda təbii qazın verilişində məhdudiyyətlər yaranıb
# 24 fevral 2016 14:42 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı - APA. Bu gün səhər saatlarında Şirvan şəhəri və Hacıqabul rayonunda təbii qazın verilişində məhdudiyyətlər yaranıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hər iki rayonda qazın verilişi tamamilə kəsilib. Hazırda həm Şirvan şəhərində, həm də Hacıqabulda qaz yoxdur.

Yerli qaz təchizat idarələrindən APA-ya bildirilib ki, Hacıqabul rayonlararası paylayıcı stansiyada təmir işləri gedir. Qazın verilişi saat 19:00-dan sonra bərpa ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR