Ağdam sakini intihara cəhd edib

Ağdam sakini intihara cəhd edib
# 14 mart 2016 11:22 (UTC +04:00)

Ağdam. Ziya Əmirxanlı - APA. Ağdamda insident baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə İmamqulubəyli məcburi köçkün qəsəbəsində qeydə alınıb.

Qəsəbədə yaşayan Papravənd kəndindən məcburi köçkün Sərxan Süleymanov ov tüfəngi ilə özünə atəş açacağını bildirib.

Hadisə yerinə gələn polis əməkdaşları onu fikrindən daşındırmağa cəhd ediblər. Danışıqlardan sonra S. Süleymanov silahı polislərə təqdim edib.

İntihar cəhdini qəsəbə sakinlərindən biri ilə aralarında yaranan münaqişə ilə əlaqələndirən S. Süleymanov rayon Polis Şöbəsinə aparılıb. .

Ağdam Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Sərxan Süleymanov intihara cəhdinin dəqiq səbəbini hələlik açıqlamır. Ağdam sakininin etirazına səbəb olan həmyerlisinin axtarışı elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR