RYTN-in elektron xidməti üzərindən aparılan rabitə və kommunal xidmət haqqı ödənişlərinin sayı açıqlanıb

RYTN-in elektron xidməti üzərindən aparılan rabitə və kommunal xidmət haqqı ödənişlərinin sayı açıqlanıb
# 13 noyabr 2015 13:18 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) elektron xidməti üzərindən oktyabr ayında aparılan rabitə və kommunal xidmət haqqı ödənişlərinin statistikası “Elektron hökumət” bülleteninin növbəti buraxılışında yer alıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, RYTN-in “Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi” xidməti yenə də “Elektron hökumət” portalındakı ən aktual xidmətlərdən biri olub.

Ötən ay bu xidmətə 21 077 dəfə müraciət edilib.

Qeyd edək ki, adıçəkilən elektron xidmət vasitəsi ilə stasionar telefon nömrəsini daxil etdikdən sonra rabitə və kommunal xidmətlər üzrə yaranmış borcları internet üzərindən ödəmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR