® Böyük Britaniyanın “Şahzadə Məktəbi” ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin əməkdaşlığı uğurla davam edir

<font color=red>® </font>Böyük Britaniyanın “Şahzadə Məktəbi” ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin əməkdaşlığı uğurla davam edir
# 17 mart 2016 07:00 (UTC +04:00)

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin, Böyük Britaniyanın Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin, və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birlikdə həyata keçirdiyi pilot layihə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində ikinci ildir ki, uğurla həyata keçirilir.

2015-ci ilin dekabr ayından Şahzadə Məktəbinin məktəbimizdə fəaliyyət göstərən əməkdaşları ilə kompleksin müəllimləri “ Novruz mərasim və ənənələrində təbiətin təcəssümü ” layihəsinin üzərində işləyirdilər. Bu layihənin yekunu olaraq 15.03.2016-cı il tarixində məktəbdə silsilə tədbirlər keçirildi. Əvvəlcə 8b sinfində Estetika kafedrasının müəllimləri Səadət Əbdülsəlimzadə və Söhrab Hüseynovun Novruz ənənələrinə həsr olunmuş dərsi keçirildi. Dərsdə AR Təhsil Nazirliyinin nümayəndələri, “Şahzadə Məktəbi”ndən, və digər iştirakçı məktəblərdən gələn qonaqlar da iştirak edirdilər. Daha sonra məktəbin akt zalında Estetika kafedrasının müəllimi prof. Telman İbrahimov bu layihə haqqında daha ətraflı məlumat verdi, layihənin gedişatını əks etdirən slaydlar və videoçarx nümayiş olundu. Qonaqlara layihə ərzində Kompleksdə hazırlanmış “Novruz mərasim və ənənələrində təbiətin təcəssümü” kitabı təqdim edildi. Sonda Təhsil Nazirliyinin pilot layihələrlə iş üzrə sektorunun müdiri Rüfət Əliyev bu layihənin Kompleksdə uğurla həyata keçirildiyini qeyd edərək rəhbərliyə, müəllim və şagirdlərə minnətdarlığını bildirdi. Kompleksin direktorunun birinci müavini Samir Xanlarov layihənin ərsəyə gəlməsində zəhməti olan hər kəsə böyük təşəkkürünü bildirdi və hamını Novruz bayramı münasibətilə təbrik etdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR