FHN-in qurumları arasında futbol üzrə çempionat keçirilib

FHN-in qurumları arasında futbol üzrə çempionat keçirilib
# 27 may 2016 11:30 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Mayın 23-27-də Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubu və FHN işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə nazirliyin qurumları arasında mini-futbol üzrə çempionat keçirilib.

APA-nın məlumatına görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki müdafiə qoşunlarının stadionunda keçirilən çempionatda 17 komanda və hər komandada 12 idmançı olmaqla 204 əməkdaş iştirak edib. Komandalar 4 qrupda mübarizə aparıb, hər qrupda 1 və 2-ci yeri tutan komandalar 1/4 finala vəsiqə qazanıb.

Finalda isə Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) Maddi Texniki Təchizat İdarəsinin (MTTİ) komandaları qarşılaşıb. DYMX-MTTİ-yə 4:0 hesabı ilə qalib gələrək çempion olub.

FHN-nin İdman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev və FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılovun iştirakı ilə qaliblərə kubok, medal və diplomlar təqdim edilib.

Qeyd edək ki, çempionat 28 May-Respublika Gününə həsr olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR