Siyəzəndə avtomobil dərəyə düşüb, xəsarət alan var

Siyəzəndə avtomobil dərəyə düşüb, xəsarət alan var
# 24 sentyabr 2016 13:04 (UTC +04:00)

Siyəzən. Vəli Turan – APA. Bu gün günorta saatlarında Siyəzən rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba yolunun Siyəzən rayonunun Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Nissan” markalı avtomobil dərəyə yuvarlanıb. Xəsarət alan Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Xaliqova Fəxriyyə Adil qızı Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR