ABŞ-da ehtiyatların azalması nefti bahalaşdırır

ABŞ-da ehtiyatların azalması nefti bahalaşdırır
# 05 oktyabr 2016 07:06 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Dünya bazarında neft bahalaşıb.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,48 dollar artaraq 49,17 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,45 dollar azalaraq 51,32 dollar olub.

Neftin bahalaşmasına Amerika Neft İnstitutunun ABŞ-da “qara qızıl” ehtiyatlarının azalması ilə bağlı yaydığı xəbərlər səbəb olub. İnstitutun hesablamalarına görə, ötən həftə ABŞ-da neft ehtiyatları 7,6 mln. barel azalıb. İndi investorlar səbirsizliklə ABŞ-ın Energetika Nazirliyinin neft ehtiyatları ilə bağlı rəsmi statistikasını gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR