Bakıda kütləvi dava olub, xəsarət alan var

Bakıda kütləvi dava olub, xəsarət alan var
# 11 dekabr 2015 03:30 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Sabunçu rayonunda kütləvi dava olub. APA-nın məlumatına görə, hadisə Ramana qəsəbəsi “Şuşa şəhərciyi” adlanan ərazidə qeydə alınıb. 36 yaşlı Anar Məmmədov 6 nəfər tərəfindən döyülüb. Döyülmə nəticəsində Anar Məmmədovun çənəsi sınıb və kəllə-beyin travması alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb. O, xəstəxanada polis əməkdaşlarına onu döyən şəxslərdən birini tanıdığını bildirib.

Faktla əlaqədar Sabunçu rayon Polis İdarəsində araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR