Qalaaltıda meşədə azan 10 nəfər xilas edilib

Qalaaltıda meşədə azan 10 nəfər xilas edilib
# 08 avqust 2016 07:37 (UTC +04:00)

Bakı - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Siyəzən rayonu, Qalaaltı kəndində 10 nəfərin meşədə azaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşların xilas olunmasını təmin ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR