İqor Popov: “Bakı və Xankəndidə vəziyyətin normallaşmasına dair məsələləri müzakirə etdik”

İqor Popov: “Bakı və Xankəndidə vəziyyətin normallaşmasına dair məsələləri müzakirə etdik”
# 08 aprel 2016 01:38 (UTC +04:00)

Bakı-APA. ATƏT-in Minsk Qupunun həmsədrləri Xankəndidə Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin stabilləşməsinə yönəlmiş təcili tədbirlərlə bağlı məsələləri müzakirə ediblər. APA-nın NEWS.am-a istinadən verdiyi xəbərə görə, bu barədə Xankəndidə jurnalistlərə Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov bildirib.

Popov suallara cavab verməkdən imtina edib. O, bunu bölgəyə səfərin hələ ki davam etməsi ilə əlaqələndirib.

Popov bölgəyə səfərdən əvvəl Vyanada ATƏT-in Minsk Qrupunun və ATƏT-in Daimi Şurasının münaqişə zonasındakı vəziyyətlə əlaqədar təcili toplantısının keçirildiyini xatırladıb. Növbəti gün həmsədrlər Azərbaycanın siyasi və hərbi rəhbərliyi ilə görüşüb.

İqor Popovun sözlərinə görə, aprelin 8-nə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə görüşün keçiriləcəyi gözlənilir.

Bundan sonra həmsədrlər İrəvana yola düşəcək. Səfər çərçivəsinə Ermənistanın prezidenti, XİN rəhbəri və müdafiə naziri ilə görüşəcəyi planlaşdırılıb: “Sonra bəyanatlar və suallara cavab verəcəyik”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR