“DəmirBank” “Hədiyyəli Novruz” kampaniyasına yekun vurub

“DəmirBank” “Hədiyyəli Novruz” kampaniyasına yekun vurub
# 18 mart 2016 10:29 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “DəmirBank” ASC-nin rəsmi “Facebook” səhifəsində Novruz bayramı münasibətilə 13 mart 2016-cı il tarixində start verilmiş “Hədiyyəli Novruz” müsabiqəsi 17 mart tarixində sona çatıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, kampaniya çərçivəsində izləyicilər üçün gündə iki dəfə olmaqla Novruz bayramının adət-ənənələrini və özəlliklərini təsvir edən maraqlı və intellektual suallar verilib. Müsabiqənin şərtlərinə əsasən, suala ilk düzgün cavab verən iştirakçıya və onun tərəfindən cavabla birlikdə şərhdə adı qeyd olunmuş dostuna hədiyyələr nəzərdə tutulub.

Müsabiqə izləyicilər tərəfindən böyük maraqla qarşılandı və bütün suallar çox aktiv şəkildə cavablandırılıb. Nəticədə, 11 iştirakçı tərəfindən 22 hədiyyə qazanılıb.

Hər zaman müxtəlif kampaniyalarla müştərilərini sevindirən “DəmirBank” gələcəkdə də bu cür aksiyaların keçirilməsini planlaşdırır.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi : (012) 149

http://www.demirbank.az/

www.facebook.com/demirbank.az

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR