Ohanyan: Rusiya Ermənistanın başqa ölkələrdən silah almasına icazə vermir

Ohanyan: Rusiya Ermənistanın başqa ölkələrdən silah almasına icazə vermir
# 06 may 2016 09:20 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiya Ermənistanın başqa ölkələrdən silah almasına icazə vermir.

APA-nın məlumatına görə, bu barədə Ermənistanın “Aykakan Jamanak” qəzeti yazıb.

Qəzet bildirir ki, bu yaxınlarda Ermənistanın müdafiə naziri Seyran Ohanyanın deputatlarla qapalı görüşü zamanı ona niyə təkcə Rusiyadan silah alınması ilə bağlı sual ünvanlanıb.

S. Ohanyan isə dolayı şəkildə nəzərə çatdırıb ki, Rusiya Ermənistanın başqa ölkələrdən silah almasına icazə vermir. O həmçinin qeyd edib ki, indiyə kimi Ermənistan silahı Rusiyadan alıb və belə davam etmək fikrindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR