Moskvanın yeni aeroportu ilk təyyarəni qəbul edib

Moskvanın yeni aeroportu ilk təyyarəni qəbul edib
# 12 sentyabr 2016 10:27 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Moskvanın “Jukovskiy” aeroportu bu gün ilk daimi reysini qəbul edib. “APA-Economics” xəbər verir ki, Moskva vaxtı ilə səhər saat 10.00-da hava limanına enən ilk təyyarə Minskdən gələn “Belavia” aviaşirkətinə məxsus olub.

Təyyarə 20 dəqiqə gecikmə ilə hava limanına eniş edib. Buna səbəb Minskdən təyyarənin gec göndərilməsi olub.

Saat 10.20-də isə Moskvadan Minskə aviareys baş tutub. Moskva-Minsk aviareysi üzrə uçuşlar “Jukovskiy” hava limanından gündəlik olaraq həftənin dörd günü səhər, digər günlər isə axşam saatlarında həyata keçiriləcək.

Hal–hazırda hava limanından çarter uçuşlar həyata keçirən “Dexter” aviaşirkətinə məxsus təyyarələr də uçur.

Qeyd edək ki, Moskvanın dördüncü beynəlxalq hava limanı olan “Jukovskiy” aeroportunun açılışı may ayında baş tutub. Hal-hazırda Moskvada “Şeremetyevo”, “Domodedovo” və “Vnukovo” aeroportları fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR