İstehlakçıların suölçən cihazlarla təmin edilməsi üçün 12 milyon manat ayrılıb

İstehlakçıların suölçən cihazlarla təmin edilməsi üçün 12 milyon manat ayrılıb
# 29 mart 2016 16:18 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev istehlakçıların suölçən cihazlarla təmin edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, əhali qrupu istehlakçılarının suölçən cihazlarla təmin edilməsi üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 12,0 (on iki) milyon manat ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR