Göyçay sakini həmkəndlisini güllələyib

Göyçay sakini həmkəndlisini güllələyib
# 16 may 2016 08:17 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Göyçayda silahlı insident olub.

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayonun Alıkənd kənd sakini, 1966-cı il təvəllüdlü Raqif Məmmədov ot biçimi üstündə düşən mübahisə zəminində həmkəndlisi, 1986-cı il təvəllüdlü Nurlan Məmmədovu ov tüfəngi ilə güllələyib. Təcilli xəstəxanaya çatdırılan N. Məmmədovu xilas etmək mümkün olub.

Hadisəni törədən R. Məmmədov saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR