Rio-2016: İranlı ağır atlet dünya rekordunu yeniləyərək Olimpiya çempionu olub

Rio-2016: İranlı ağır atlet dünya rekordunu yeniləyərək Olimpiya çempionu olub
# 13 avqust 2016 02:05 (UTC +04:00)

Bakı-APA. İran ağır atlet Kianuş Rostami Rio Olimpiadasında dünya rekordunu yeniləyərək 1-ci yer tutub.

APA-nın məlumatına görə, K.Rostami 85 kq çəki dərəcəsində olimpiya çempionu olub.

Toplamda 396 kq (birdən qaldırma – 179 kq, təkanla qaldırma-217 kq) nəticə göstərən iranlı atlet çinli Tyan Tao və rumıniyalı Qabriel Sinkrayanı geridə qoyaraq öz rekordunu təzələyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR