Dünya birjalarında qızıl 8 dollardan çox bahalaşıb

Dünya birjalarında qızıl 8 dollardan çox bahalaşıb
# 05 may 2016 07:12 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,65% - 17 651,26 bəndədək, S&P 500 0,59% - 2 051,12 bəndədək, NASDAQ 0,79% - 4 725,64 bəndədək azalıb.

APA-Economics” xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,19% - 6 112,02 bəndədək, Almaniya DAX-ı 0,99% - 9 828,25 bəndədək, Fransa CAC-40-ı 1,09% - 4 324,23 bəndədək ucuzlaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 8,10 dollar ucuzlaşaraq 1 282,50 dollara, gümüş isə 0,15 dollar azalaraq 17,46 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR