Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Milli Məclisin növbəti plenar iclası başlayıb.
APA-nın məlumatına görə, gündəliyə 9 məsələ daxil edilib. Bunlar “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə” Konstitusiya Qanunu, “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi haqqında” qərar layihəsi, Hesablama Palatasının hesabatı haqqında, “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair” sazişin təsdiq edilməsi haqqında, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”, “Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”, “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında və “Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihələridir.
Milli Məclisin növbəti plenar iclası başlayıb
15 aprel 2016 10:06 (UTC +04:00)
Daxili siyasət
İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq
20:41
11 may 2024
Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib - FOTO
20:33
11 may 2024
MSK sədri COP29-a görə parlament seçkilərinin irəli çəkilə biləcəyini açıqlayıb
13:26
10 may 2024
Dövlət və hökumət rəsmiləri Ulu Öndərin xatirəsini anıblar
11:02
10 may 2024