Bakı-Sumqayıt sürət qatarının şüşələrini qıran şəxslər tutulub

Bakı-Sumqayıt sürət qatarının şüşələrini qıran şəxslər tutulub
# 22 oktyabr 2015 10:16 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakı-Sumqayıt sürət qatarının şüşələrini qıran şəxslər tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 19-da Yeni Sumqayıt stansiyasının ərazisində Bakı-Sumqayıt elektrik qatarının pəncərə şüşəsini daşla sındırmış Sumqayıt şəhər sakinləri Laçın Vəlizadə və Əmiraslan Məlikov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR