AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycana gələcək

AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycana gələcək
# 07 sentyabr 2016 09:09 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Preda Sezar Florin Azərbaycana gələcək.

APA-nın AŞPA-ya istinadən verdiyi məlumata görə, bu barədə büronun sentyabrın 5-də Parisdə keçirilən iclasında qərar qəbul edilib. Məlumata görə, AŞPA-nın Azərbaycanda keçiriləcək referendumla bağlı hər siyasi qrupdan 1 nəfər və Monitorinq Komitəsinin Azərbaycan üzrə 2 həmməruzəçisi olmaqla 7 nəfərlik qiymətləndirmə missiyasının yaradılmasına qərar verilib.

Missiyanın üzvlərini və rəhbərini AŞPA prezidenti təyin edəcək. Missiyanın Azərbaycana səfərinin tarixi hələlik məlum deyil.

Qeyd edək ki, büro iclasında Konstitusiyaya dəyişikliklərlə bağlı Venesiya Komissiyasının rəyinin öyrənilməsi barədə də qərar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR