Futbol klubunun rəhbəri dəyişib

Futbol klubunun rəhbəri dəyişib
# 06 sentyabr 2016 15:13 (UTC +04:00)

Bakı – APA. Futbol üzrə I divizionda iştirak edəcək “Səbail” klubunun iclası keçirilib. Apasport.az saytı xəbər verir ki, toplantıda klubun rəhbəri müəyyənləşib.

Keçirilən seçkilərdə Rəşad Abdullayev yekdilliklə Müşahidə Şurasının (MŞ) sədri seçilib. MŞ-nın əvvəlki rəhbəri Yusif Həsənov isə icraçı direktor vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Rəşad Abdullayev AFFA-nın prezidenti Rövnəq Abdullayevin oğludu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR