Prokurorluq əməkdaşları ağacəkmə kampaniyası keçirib

Prokurorluq əməkdaşları ağacəkmə kampaniyası keçirib
# 07 may 2016 13:56 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Mayın 7-də Baş Prokurorluğun, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə ağacəkmə kampaniyası keçirib.


Baş prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Abşeron yarımadasının ekoloji mühitinin yaxşılaşdırılması, paytaxtda yaşıllıq sahələrinin salınması və onların mühafizəsi ilə bağlı mövcud ənənəyə uyğun olaraq prokurorluq orqanlarının əməkdaşları Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaxından dəstəyi ilə növbəti ağacəkmə aksiyası keçirib.

Tədbirdə Bakı - Heydər Əliyev Beynəlxalq Aeroportu avtomagistralının Suraxanı rayonu ərazisindən keçən hissəsində yarımadanın iqlim şəraitinə uyğun beş yüzdən artıq müxtəlif növ ağaclar əkilib, eyni zamanda həmin ərazidə ötən illərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib və təmizlik-abadlıq işləri aparılıb.

Əkilən ağacların inkişafı üçün münbit torpaq və mineral gübrələrdən istifadə olunub, həmçinin onların küləkdən qorunması və mühafizəsi məqsədilə zəruri tədbirlər görülüb.

Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR