Memarlıq və İnşaat Universitetində Azərbaycan ordusuna dəstək tədbiri keçirilib

Memarlıq və İnşaat Universitetində Azərbaycan ordusuna dəstək tədbiri keçirilib
# 05 aprel 2016 12:16 (UTC +04:00)

Bakı-APA. Bu gün cəbhə xəttində Ermənistan silahlı bölmələrinin təxribatı nəticəsində həlak olmuş hərbçilərimizin, mülki vətəndaşlarımızın xatirəsini anmaq və ordumuza dəstək məqsədi ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tədbir keçirilib.

AzMİU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tələbə və müəllimlərin iştirakı ilə keçirilən genişmiqyaslı tədbirdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın dövlət himni oxunub. Şəhidlərin yaxınlarına və xalqımıza səbir diləyən AzMİU-nun rektoru Gülçöhrə Məmmədova rəsmi Bakının münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu, Ermənistanın işğalçı mövqeyindən əl çəkmədiyini bildirib. Ermənistan ordusunun atəşkəsi pozaraq dinc əhaliyə atəş açmasını pisləyən G. Məmmədova düşmənin növbəti təxribatına qəhrəman ordumuzun layiqli cavab verdiyini vurğulayıb. AzMİU-nun rektoru tezliklə qələbə xəbərləri arzulayıb. AzMİU-nun memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova isə ordumuzun gücünü bir daha göstərdiyini bildirib. Ekologiya mühəndisliyi kafedrasının dosenti Nüsrət Əliyev qeyd edib ki, 75 yaşı olmasına baxmayaraq, gənclərimizlə bərabər işğal altında olan torpaqlarımızı azad etmək iqtidarındadır.

Üç rəngli bayrağımızla bəzənən, izdihamla müşayiət olunan tədbir ordumuza dəstək olaraq “ Əsgər marşı”nın sədaları altında yekunlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR