Gənclər Təşkilatları Milli Şurası əhaliyə müraciət edib

Gənclər Təşkilatları Milli Şurası əhaliyə müraciət edib
# 04 aprel 2016 10:31 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası gəncləri, vətəndaşları düşmən tərəfindən aparılan informasiya müharibəsinə cavab verməyə çağırır. Bu barədə APA-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Ermənilər tərəfindən #Karabakh, #KarabakhNow, #NKpeace teqləri altında facebook və twitter sosial şəbəkələrində aparılan qaralama kampaniyasını dayandıraq! Bildiyiniz bütün xarici dillərdə mətnlər hazırlayın, rəsmi mənbələrdən şəkillər, videoları əlavə edin. Dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə #Karabakh, #KarabakhNow, #Nkpeace, #Nayora teqlərini mətnə əlavə edin. Facebook və twitter sosial şəbəkələrində paylaşın, azərbaycanlılar və Azərbaycanın dostları tərəfindən sosial şəbəkələrdə yerləşdirilən məlumatları bəyənin, paylaşın, retvit edin” – deyə məlumatda bildirilib.

Qeyd olunub ki, məlumatların doğruluğuna əmin olduqdan sonra paylaşın, etibar olunan mənbələrdən istifadə edin: “Azərbaycan Ordusunun dislokassiyası, rəsmi olaraq Müdafiə Nazirliyi tərəfindən açıqlanmayan hərbi məlumatları paylaşmayın”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR