Sabah referendumla əlaqədar bidirişlərin seçicilərə paylanması prosesi başa çatır

Sabah referendumla əlaqədar bidirişlərin seçicilərə paylanması prosesi başa çatır
# 18 sentyabr 2016 08:15 (UTC +04:00)

Bakı-APA. Sabah Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar referendum üzrə səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (ünvanı) barədə bidirişlərin seçicilərə paylanması prosesi başa çatır.

APA-nın məlumatına görə, “Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermənin yeri və vaxtı barədə bildirişlərin seçicilərə paylanması (çatdırılması) Qaydaları”na əsasən məntəqə seçki komissiyaları səsvermə gününə 7 gün qalanadək referendum üzrə səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (ünvanı) barədə bidirişlərin seçicilərə paylanması prosesini başa çatdırmalıdır.

Referendumla əlaqədar bu müddət sabah, sentyabrın 19-da başa çatır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR