Şəmkirdə avtomobil kanala düşüb, sürücünün meyiti tapılıb

Şəmkirdə avtomobil kanala düşüb, sürücünün meyiti tapılıb
# 16 sentyabr 2016 10:53 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkirdə sürücü idarə etdiyi avtomobildə dünyasını dəyişib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Kür qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1982-ci il təvəllüdlü Anar Bayramovun meyiti idarə etdiyi “VAZ 2103” markalı avtomobildə su kanalında tapılıb. Meyit müayinə olunan zaman məlum olub ki, onun üzərində heç bir zorakılıq əlaməti yoxdur. Sürücünün sükan arxasında dünyasını dəyişdiyi bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR