Martda DGK xətti ilə büdcəyə daxilolmalar 16% artıb

Martda DGK xətti ilə büdcəyə daxilolmalar 16% artıb
# 07 aprel 2017 14:35 (UTC +04:00)

Bu ilin mart ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 202 mln. 177,30 min manat təşkil edib.

"APA-Economics" qurumun açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, 2016-cı ilin eyni ayı ilə müqayisədə daxilolmalar 28 mln. 523,82 min manat və ya 16,4% artıb. Bu ilin fevral ayı ilə müqayisədə isə DGK xətti ilə martda dövlət büdcəsinə köçürülən məbləğ 7 mln. 238,4 min manat və ya 3,7% çoxdur.

Ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 55 mln. 49,40 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 139 mln. 414,20 min manat, aksizlər üzrə 5 mln. 20,50 min manat, yol vergisi üzrə isə 2 mln. 693,20 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR