Tovuz sakini küçədə yıxılaraq ölüb

Tovuz sakini küçədə yıxılaraq ölüb
# 25 may 2018 06:54 (UTC +04:00)

Tovuz sakini küçədə ölüb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Ağdam kənd sakini, 1968-ci il təvəllüdlü Aslanov İlham Murquzalı oğlu bu gün səhər saatlarında rayon mərkəzində olan Musa Musayev adına küçədə gedərkən anidən halı pisləşib və yıxılıb.

Dərhal Təcili Tibbi Yardım çağırılıb, ona yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Onun ürək-damar xəstəliyindən əziyyət çəkdiyi ehtimal edilir.

Faktla bağlı Tovuz rayon Prokuroluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR